...

ABŞ-də meşə yanğınları ölkə büdcəsinə külli miqdarda ziyan vurub

Dünya xəbərləri Materials 14 Yanvar 2025 19:19 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Kaliforniya ştatında baş alan meşə yanğınlarının vurduğu ziyanın miqdarı 250-275 milyard dollar təşkil edə bilər.

Trend xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Məlumata görə, bundan əvvəl yanğından dəymiş ziyanın 135-150 milyard dollar civarında olacağı güman edilirdi.

Şirkətin baş meteoroloqu Conatan Porter qeyd edib ki, bu Kaliforniya tarixinin (zərərin miqyası baxımından) ən pis meşə yanğınlarından biridir.

Xatırladaq ki, Los-Ancelesin qərb və şərq rayonlarında, o cümlədən Pasifik-Paliseydzdə ümumilikdə 12 mindən çox ev və tikili məhv olub. Əsasən Santa-Monikadan Malibuya qədər uzanan ərazidə yerli cəmiyyətin ən zəngin təbəqəsindən olan vətəndaşlara, o cümlədən məşhur Hollivud ulduzları və idmançılara məxsus , orta bazar qiyməti 2 milyon ABŞ dolları təşkil edən yaşayış evləri yanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti