Bakı. Trend:
Suriyanın yeni administrasiyasının xarici işlər naziri Əsəd Həsən Şeybani yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə yanvarın 15-də Türkiyəyə səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Əsəd Həsən Şeybani daha əvvəl Ankaraya planlaşdırılmış ilk rəsmi səfər barədə məlumat vermişdi.
Bildirilib ki, səfər çərçivəsində Şeybaninin Türkiyənin xarici işlər naziri, milli müdafiə naziri və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri ilə görüşlər keçirməsi nəzərdə tutulur.