Bakı. Trend:
Rusiya və Azərbaycan istənilən məsələləri həll edə bilər, o cümlədən Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması kontekstində Bakının Rusiyanın istintaqda iştirakına verdiyi dəstəyi yüksək qiymətləndirir.
Trend xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
"Azərbaycanlı dostlarımızın bütün amilləri nəzərə alaraq Rusiya Federasiyasının istintaqda iştirakını dərhal dəstəkləmələrini yüksək qiymətləndiririk", - o bildirib.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.