...

Çin ABŞ-ın yeddi şirkətinə sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 14 Yanvar 2025 21:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Ticarət Nazirliyi Tayvana silah satışı ilə bağlı ABŞ-ın yeddi şirkətini etibarsız müəssisələr siyahısına əlavə edib.

Trend xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda deyilir.

“Çinin kəskin etirazlarına baxmayaraq, yeddi Amerika şirkəti Tayvana silah satışında iştirak edib, hərbi-texniki əməkdaşlığı davam etdirib və bununla da Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişaf maraqlarına ciddi ziyan vurub”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Sanksiya siyahısına daxil edilən şirkətlər arasında “Inter-Coastal Electronics”, “System Studies & Simulation”, “IronMountain Solutions”, “Applied Technologies Group”, “Axient”, “Anduril Industries” və “Maritime Tactical Systems” yer alır.

Xəbər lenti

Xəbər lenti