Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi adını və təşkilati-hüquqi forması dəyişir.
Trend-in əldə etdiyi məlumata görə, bu barədə idarə özü elan edib.
Belə ki, sözügedən idarə “Ordubad Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) kommersiya təşkilatına çevrildiyini elan edib.
Qeyd edək ki, idarə 2007-ci ildə Ordubad Rayon Tikinti-Quraşdırma İdarəsi kimi dövlət qeydiyyatına alınıb. 2013-cü ildən isə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsi adı ilə yenidən dövlət qeydiyyatından keçib. İdarənin qanuni təmsilçisi Salmanov Əkrəm Südef oğludur.