...

İranın Azərbaycandan məhsul idxalı azalıb

İqtisadiyyat Materials 14 Yanvar 2025 14:28 (UTC +04:00)
İranın Azərbaycandan məhsul idxalı azalıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 9 ayı ərzində (20 mart -20 dekabr 2024) İranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21 mart -21 dekabr 2023) müqayisədə dəyər baxımından 31,7%, çəki baxımından 32,5% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, 9 ay ərzində İranın Azərbaycandan məhsul idxalı 26,3 milyon dollar dəyərində 10,6 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İran Azərbaycandan 38,5 milyon dollar dəyərində 15,7 min ton məhsul idxal edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.

Statistikada əlavə olunur ki, 9 ay ərzində İranın Azərbaycanla qeyri-neft məhsul ticarəti təxminən 539 milyon dollar dəyərində 665 min ton təşkil edib.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, İranın qeyri-neft məhsul idxalı təxminən 50,9 milyard dollar dəyərində 27,9 milyon ton təşkil edib. 9 ay ərzində İranın qeyri-neft məhsul idxalı ötən ilin müqayisədə dəyər baxımından 5% artıb, çəki baxımından 3,16% azalıb.

Xəbər lenti

Xəbər lenti