Bakı. Trend:
NATO indi hər zamankından daha güclüdür.
Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Dövlət Departamentində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda daha çox müttəfiqlər müdafiəyə kifayət qədər vəsait ayırırlar.
“Mən prezident olana qədər yanız 9 NATO ölkəsi ÜDM-in 2 faizini müdafiə ehtiyaclarına xərcləyirdi, indi isə bunu 23 müttəfiqimiz edir”,- deyə ABŞ Prezidenti əlavə edib.