...

Husilər İsrail Müdafiə Nazirliyinin binasını vurduğunu iddia edir

Dünya xəbərləri Materials 14 Yanvar 2025 09:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yəmənin “Ənsar Allah” hərəkatından olan husi döyüşçülər son 12 saat ərzində İsrail ərazisinə sayca ikinci raketi buraxıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi mətbuata verdiyi açıqlamada bildirib ki, husilər səs sürətini üstələyən raketlə İsrailin Tel-Əvivdəki Müdafiə Nazirliyinin binasını vurub.

“Yəmən silahlı qüvvələrinin raket qoşunları hərbi əməliyyat keçirərək, İsrailin Yaffo (Təl-Əviv) rayonundakı Müdafiə Nazirliyinə “Fələstin-2” tipli səs sürətini üstələyən ballistik raketlə hücum edib.

Raket hədəfə çatıb, raket hücumundan müdafiə sistemi onu təqib edə bilməyib”, - deyə məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti