Bakı. Trend:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti yeni təkərli ekskavatorlar alır.
Trend-in məlumatına görə, alınacaq nəqliyyat vasitələrinin sayı 15 ədəddir.
Məlumata görə, onların 2024-cü il istehsallı və istifadə edilməmiş olması əsas şərtlərdəndir.
Qeyd olunub ki, iddiaçı tәklif olunan avadanlığın rәsmi dileri olmalıdır. Həmçinin, bildirilib ki, iddiaçı Azәrbaycanda әn azı 1 xidmәt mәrkәzinә sahib olmalı vә ya ondan istifadә etmәlidir.
Bununla yanaşı, iddiaçı tәrәfindәn tәklif olunan ekskavator yüklәyicisi ISO 3471 (ROPS) vә ISO 3449 (FOPS) sertifikatlarına malik olmalıdır. Bununla әlaqәdar iddiaçı tәklif olunan ekskavatorda istehsalçı tәrәfindәn verilmiş, tәklif olunan malın yuxarıda qeyd olunan sertifikatlara malik olmasını sübut edәn sәnәd(lәri), tәdarük edilәn mәhsulun isә uyğunluğu tәsdiq edәn müvafiq mebelә malik olmasını sistem vasitәsilә tәqdim etmәlidir.
Regional Su Meliorasiya Xidmətinə sözügedən nəqliyyat vasitələrini “Tegeta Motors Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təhvil verəcək və bunun müqabilində şirkətə 2,6 milyon manat ödəniləcək.