Bakı. Trend:
ABŞ-nin seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminin (20 yanvar) yaxınlaşdığı ərəfədə, onun hakimiyyətinin ilk gününə nəzərdə tutulan planları bəlli olub.
Trend xəbər verir ki, bu haqda məqalə “Time” jurnalında dərc edib.
Məqaləyə görə, Tramp prezidentliyinin ilk günündəcə partiya silahdaşlarına (Respublikaçılar) 100-ə yaxın fərman hazırlamağı tapşıracaq. Həmin fərmanlar hazırkı dövlət başçısı Co Baydenin qanunverici gündəminə kökündən zərbə vurmaq məqsədi daşıyır.
Qeyd olunur ki, Trampın seçkilər öncəsi verdiyi bəzi vədlər fərman şəklində gerçəkləşə bilər, digərlərinin isə həyata keçməsi üçün Konqresdə aylarla, hətta ola bilsin, illərlə danışıqlar aparmalı olacaqlar.
Dərc olunmuş siyahıya görə,Tramp posta gəldiyi ilk gündə ABŞ-nin cənub sərhədini bağlamağı, ölkəyə girişə qoyulmuş məhdudiyyətləri bərpa etməyə, qaçqınlara sığınacaq verilməsini dayandırmağa, həmçinin, ölkə tarixinin ən kütləvi deportasiyasını gerçəkləşdirməyə söz verib.
Həmçinin, amerikalı lider ABŞ-də doğulmuş uşaqlara valideynlərinin hansı ölkədən olmalarına baxmayaraq, Birləşmiş Ştatlar vətəndaşlığının verilməsini ləğv etməyi planlaşdırır.