...

Azərbaycanda 1,4 milyonluq müəssisə MMC-yə çevrilir

İqtisadiyyat Materials 14 Yanvar 2025 17:36 (UTC +04:00)
Azərbaycanda 1,4 milyonluq müəssisə MMC-yə çevrilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Sutikinti” müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişir.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə müəssisə özü elan edib.

Bildirilib ki, müəssisə adını və təşkilati-hüquqi formasını dəyişərək “Sutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilir.

Qeyd edək ki, müəssisə 2008-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sutikinti” müəssisəsi kimi dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 423 420 manat olan müəssisənin qanuni təmsilçisi isə İmanlı Orxan Yasəf oğludur.

Xatırladaq ki, 2023-cü ilin martında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti