...

Onlayn nəzarət-kassa aparatları üzrə dövriyyə 12 faiz artıb

İqtisadiyyat Materials 14 Yanvar 2025 10:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 104.019 ədəd belə NKA quraşdırılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2024-cü ilin yanvar-dekabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 24 milyard 541,3 milyon manatdan çox olub ki, bu da 2023-cü illə müqayisədə 2,6 milyard manat və ya 12 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti