Bakı. Trend:
Operativ məlumatlara əsasən, Azərbaycanda ötən il ərzində 29,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, hasilatın 16,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,2 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,6 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,5 milyon ton təşkil edib.
2024-cü ildə 24,4 milyon ton neft (kondensat ilə birlikdə)
ixraca nəql olunub. Bunun 21 milyon tonu konsorsiumların, 2,8
milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə “Abşeron” yatağının
payına düşüb.
Neftin emalı ötən il ərzində 5,8 milyon ton təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 776 ton (609 min barrel) olub. Bunun 65 987 tonunu (487 min barrel) xam neft, 14 789 tonunu (122 min barrel) kondensat təşkil edib.