Bakı. Trend:
Kanadanın Kananaskis kurort bölgəsində keçirilməsi planlaşdırılan Yeddilik Qrupu (G7) sammiti iyunun 15-dən 17-dək baş tutacaq.
Trend xəbər verir ki, görüşün təşkilinə cavabdeh olan məsul şəxslər onun keçirilməsinin digər təfərrüatlarını hələlik gizli saxlayırlar.
Kalqari yaxınlığında yerləşən Kananaskisdə belə sammit ikinci dəfədir keçirilir.