...

ABŞ, Cənubi Koreya və Yaponiya birgə “müharibə oyunları” keçirib

Dünya xəbərləri Materials 15 Yanvar 2025 10:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Cənubi Koreya, ABŞ və Yaponiyanın hərbi hava qüvvələri çərşənbə günü Koreya yarımadası yaxınlığında birgə hərbi təlimlər keçirib.

Trend-in xarici KİV-ə istinadən xəbərinə görə, təlimlərə səs sürətini ötən strateji “B-1B” modelindən olan bombardmançı, F-15 qırıcıları və Yaponiyanın F-2 qırıcıları səfərbər olunub.

Bu 2025-ci ildə müttəfiq orduların keçirdiyi ilk belə təlimdir. Qeyd edək ki, birgə “müharibə oyunları” bu yaxınlarda KXDR-in səs sürətini ötən ballistik raketləri sınaqdan keçirməsi fonunda keçirilir.

“Bu təlimlərin məqsədi Pxenyandan qaynaqlanan nüvə və raket təhdidlərinin qabaqlanması və onlara qarşı reaksiya baxımından birgə potensialı yaxşılaşdırmaqdır”, - deyə Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti