...

"RussNeft" Azərbaycandakı aktivlərinə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb

Energetika Materials 2 İyul 2024 10:49 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

"RussNeft" Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti Azərbaycandakı aktivlərə nəzarət edən şirkətləri öz strukturundan çıxarıb.

Trend bu barədə şirkətin affilə edilmiş şəxslərinin yenilənmiş siyahısına istinadən xəbər verir.

Belə ki, "RussNeft"in məlumatına əsasən, Publik Səhmdar Cəmiyyətinin SOCAR ilə bir sıra müqavilələrdə iştirak edən Britaniya-Virciniya şirkəti (GEA) "Holdings Ltd." şirkəti ilə əlaqəsi kəsilib

Qeyd edək ki, "RussNeft" "GEA" vasitəsilə Abşeron, Binəqədi, Neftçala və Şirvan yataqlarının işlənilməsində iştirk edirdi.

Həmçinin Kayman adalarının dörd şirkəti də "RussNeft"in strukturundan çıxarılıb. Bunlar 2000-ci illərin sonunda müvafiq olaraq Azərbaycanın "Padar-Harami" ("RussNeft" blokdan 2019-cu ildə imtina edib) və "Mişovdağ-Kəlaməddin" bloklarının operatorları olmuş "Kura Valley Holdings Ltd." və "Karasu Operating Company", eləcə də "Karasu Petroleum Company" və "Karasu Development Company" strukturlarıdır.

Azərbaycandakı aktivlərdən imtina etməklə "RussNeft"in faktiki olaraq xarici hasilat aktivləri qalmayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti