...

Polşa ABŞ-dən müdafiə sistemlərinin alınması üçün 2 milyard dollar kredit alıb

Dünya xəbərləri Materials 2 İyul 2024 01:15 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Polşaya hava və raketdən müdafiə sistemləri üçün hərbi texnikanın alınmasına 2 milyard dollar kredit ayırıb.

Trend-in məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyi bildirib.

"Polşa və ABŞ 2 milyard dollar dəyərində Foreign Military Financing proqramı çərçivəsində birbaşa kreditin verilməsi haqqında müqavilə bağlayıblar", - deyə nazirlik bildirib.

Polşa hakimiyyəti alınan vəsaiti hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin alınmasına sərf edəcək. Qeyd olunub ki, bu, Varşavanın Vaşinqtonda aldığı ikinci belə kreditdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti