...

Yaponiya ABŞ-nin yeni avtomobil tariflərindən azad olmaq üçün dəstək istəyir

Dünya xəbərləri Materials 14 Mart 2025 04:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiyanın xarici işlər naziri Takeşi İvaya ABŞ dövlət katibi Marko Rubiodan Yaponiyanın avtomobillərə tətbiq ediləcək yeni gömrük rüsumlarından azad olunmasına kömək etməsini istəyib.

Trend xəbər verir ki, İvaya bu barədə Kanadada ABŞ dövlət katibi ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verib.

"Mən Yaponiyanın polad və alüminium tariflərindən azad edilməməsinə təəssüfləndiyimizi ifadə etdim və həmçinin ölkəmizin avtomobillərə qarşı tətbiq ediləcək tariflərdən azad olunmasını xahiş etdim", – deyə o bildirib.

Xatırladaq ki, fevralın 10-da ABŞ-nin sabiq prezidenti Donald Tramp xaricdən ABŞ-a bütün polad və alüminium tədarükünə 25% gömrük rüsumu tətbiq edilməsi barədə göstəriş verib. Martın 12-də qüvvəyə minən qərar Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Avropa İttifaqı, Kanada, Meksika, Cənubi Koreya və Yaponiyadan tədarüklərə şamil edilib.

Xəbər lenti

Xəbər lenti