Bakı. Trend:
Venesuela, qeyri-qanuni sanksiyaların nəticəsində vətənlərini tərk edən miqrantları qəbul etmək üçün ABŞ ilə razılığa gəlib.
Trend xəbər verir ki, bu barədə Venesuela Respublika Milli Assambleyasının (parlament) sədri, dinc dialoq üzrə komissar Xorxe Rodrigez məlumat verib.
Rodriges bildirib ki, Venesuela ABŞ prezidentinin böyük işlər üzrə nümayəndəsi Riçard Qrenell ilə “Vətənə qayıdış” planı çərçivəsində ABŞ-dəki venesuelalı miqrantların repatriasiyası ilə bağlı razılığa gəlib.
O, vurğulayıb ki, Karakas həmvətənlərinin hüquqlarını qoruyur və anti-Venesuela sanksiyalarının təsiri altında olan ailələrin başqa ölkələrə miqrasiyasına səbəb olan cinayətlərin nəticələrini aradan qaldırmağa çalışır.
Qrenell, həmçinin bildirib ki, Venesuela ABŞ-yə qanunsuz şəkildə daxil olmuş vətəndaşlarını təxliyə etmək üçün uçuşları bərpa edib. Fevralın 11-də ilk 190 venesuelalı miqrant Conviasa aviaşirkəti ilə ABŞ-dan Venesuelaya geri göndərilib.
