...

Ermənistan sülh sazişi ilə bağlı açıq qalan iki maddə üzrə Azərbaycanın təkliflərini qəbul edib - XİN rəhbəri

Siyasət Materials 13 Mart 2025 15:40 (UTC +04:00)
Ermənistan sülh sazişi ilə bağlı açıq qalan iki maddə üzrə Azərbaycanın təkliflərini qəbul edib - XİN rəhbəri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan sülh sazişi ilə bağlı açıq qalan iki maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul edib.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Yəni biz bir neçə dəfə məlumat vermişdik ki, son iki maddə qalıb və yaxın günlərdə Ermənistan tərəfi iki açıq maddə üzrə Azərbaycan tərəfinin təkliflərini qəbul etdiyini bizə əlaqə kanalları vasitəsilə çatdırıb", - o bildirib.

Nazir qeyd edib ki, növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondan ibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılması baş tutsun:

"Əlavə olaraq, keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu və onun digər təsisatlarının da ləğv olunması vacib amildir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti