Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp federal hökumətin bu həftə qismən bağlana biləcəyini istisna etməyib və buna görə Demokratları günahlandırıb.
Trend xəbər verir ki, Amerika lideri hökumətin bağlanmasının Respublikaçıların günahı olmadığını vurğulayıb.
“Əgər bağlanma baş verərsə, bu, Respublikaçıların deyil, Demokratların günahıdır. Biz qanun layihəsini inanılmaz Respublikaçıların səsləri ilə qəbul etdik. Bağlanma olarsa, hətta Demokratlar belə bunun onların günahı olduğunu etiraf edəcəklər”, – Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşdən əvvəl jurnalistlərə bildirib.
Bununla yanaşı, o, Demokratların Senatda hökumətin fəaliyyətinin davam etdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləyəcəyinə və beləliklə, bağlanmanın qarşısının alınacağına ümid etdiyini bildirib.
