Bakı. Trend:
“Aviasiya haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun yerinə yetirilməsinə nəzarətin və həmin Qanunda nəzərdə tutulmuş uçuş əməliyyatlarının, o cümlədən, xüsusi şəraitlərdə uçuş əməliyyatlarının həyata keçirilməsi Qaydası” təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Məlumat üçün bildirək ki, qüvvədə olan qanunvericiliyə əsasən, hava gəmisinin istismarçısı xüsusi şəraitlərdə uçuş əməliyyatlarının həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazə alır.
Xüsusi şəraitlərdə uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə uçuş əməliyyatlarının təşkilinə dair tələblərə riayət edilir.
Qeyri-kommersiya məqsədilə istismar olunan və güc qurğusu ilə hərəkətə gətirilən hava gəmiləri, habelə fərqli tipli hava gəmiləri ilə həyata keçirilən hava gəmisinin nümayiş etdirilməsi, uçuş əməliyyatının qiymətləndirilməsi, hava gəmisinin müqavilə üzrə digər dövlətə aparılması, uçuşa yararlı olmayan hava gəmisinin uçuşuna icazə verilməsi, hava gəmisinə göstərilən texniki xidmətin nəticələrinin yoxlanılması, təlim uçuşları və digər qeyri-kommersiya məqsədli uçuş əməliyyatları bu Qanunun 37.6-cı maddəsində nəzərdə tutulan qaydalara riayət edilməklə həyata keçirilir.