...

Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir - ARTOC direktoru

Siyasət Materials 13 Mart 2025 16:11 (UTC +04:00)
Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir - ARTOC direktoru
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir.

Trend xəbər verir ki, bunu ARTOC investisiyalar və inkişaf üzrə qrupunun direktoru Şafiq Qabr Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsində bildirib.

O bildirib ki, dünya artıq sayları 30-u keçən mövcud münaqişələri dayandırmasa və danışıqlar dərhal başlanılmasa, texnologiyaların inkişafı yaxın gələcəkdə onların həllini, ümumiyyətlə, mümkünsüz edə bilər.

“İkinci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq institutlar, artıq öz funksiyalarını yerinə yetirmirlər. Əgər siyasi və iqtisadi liderlər, analitik mərkəzlər və ekspertlər qətiyyətli və sistemli addımlar atmasalar, dünya qanunun aliliyindən gücün aliliyinə doğru yuvarlanmağa davam edəcək”, - deyə Ş.Qabr bildirib.

Onun sözlərinə görə, hazırda “yumşaq qüvvənin” tənəzzülü və “sərt qüvvənin” yüksəlişi müşahidə olunur.

“Bizdə BMT-nin Təhlükəsizlik Şurası var, amma axı niyə İkinci Dünya Müharibəsinin üzərindən bu qədər illərin keçməsinə baxmayaraq, hələ də bəzi ölkələr veto hüququn qoruyub saxlayır? Axı niyə güclü dövlətlər səylərini birləşdirə və demokratik səsvermə əsasında həllərə təşviq edə bilmirlər – səsvermə əsasında, o prinsiplə yox ki, bir ölkə qalan yüz doxsan ölkənin iradəsini əngəlləsin”, - deyə Ş.Qabr ritorik sual verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti