...

Qeyri-iş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək? - AÇIQLAMA

Cəmiyyət Materials 14 Mart 2025 07:00 (UTC +04:00)
Qeyri-iş günlərində Həcc ziyarətinə sənəd qəbulu davam edəcək? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.

Bunu Trend-in sualına cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, həmişəki kimi, altıncı, bazar günləri də sənəd qəbulu olmayacaq.

"Hazırda Həcc ziyarətinə sənəd qəbulu davam edir. Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib.

Hazırda kvota 75% dolub. Sənəd qəbulu aprelin əvvəlinə qədər davam edəcək", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti