Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında “Şahdəniz”yatağından 600 min ton hasil kondensat hasil edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 100 min ton və ya 14,3% azdır.
Belə ki, ötən ilin eyni dövründə “Şahdəniz”yatağından 700 min ton kondensat hasil edilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında respublikada 4,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 2,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,1 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,2 milyon ton təşkil edib.