...

Qeyri-müntəzəm sərnişin daşınması formulyar vasitəsilə rəsmiləşdiriləcək

Cəmiyyət Materials 13 Mart 2025 17:05 (UTC +04:00)
Qeyri-müntəzəm sərnişin daşınması formulyar vasitəsilə rəsmiləşdiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, formulyar qeyri-müntəzəm sərnişin daşımalarında sərnişinlər barədə məlumatı əks etdirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin informasiya sistemində elektron qaydada doldurulan sənəd hesab ediləcək.

Qeyri-müntəzəm sərnişin daşınması (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar vasitəsilə rəsmiləşdirilir. Formulyarın formasını Nazirlər Kabineti təsdiq edir. Formulyarı doldurmadan qeyri-müntəzəm sərnişin daşınmasının həyata keçirilməsinə yol verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti