...

Gəncə Dövlət Filarmoniyasında Aygün Səmədzadənin mahnılarından ibarət konsert izdihamla keçib (FOTO)

Mədəniyyət Materials 13 Mart 2025 21:00 (UTC +04:00)
Gəncə Dövlət Filarmoniyasında Aygün Səmədzadənin mahnılarından ibarət konsert izdihamla keçib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, öz bəstələri ilə qəlbləri fəth edən bəstəkar Aygün Səmədzadənin mahnılarından ibarət konsert proqramı baş tutub.

Trend xəbər verir ki, gecədə Xalq artistləri İlqar Muradov, Eyyub Yaqubov, Teyyub Aslanov, Əməkdar artistlər Gülüstan Əliyeva, Abbas Bağırov, həmçinin Ayaz Qasımov, Kəmalə Əhmədova, Zaur Gəray, Zəminə Rəhimova, Səttar Qəmbərov, Sehri Əliyeva, Vüsal Hacıyev, Yeganə, Nazim Məmmədov, Emil Bədəlov, Elnaz Eyvazlı, Leyla İdrisova, İlkin Dövlətov& Zabitə, Pəviz Abdullayev, Leyla Rəhimova bəstəkarın sevilən mahnıları ilə çıxış ediblər.

"Tut ağacım", "Arzular limanında", "Gecikmiş etiraf", "Bayatılar", "Eşq yağışı", "Peşmanam" və digər mahnılar gəncəlilər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti