...

Rəsmi Moskva Ukraynanın müvəqqəti atəşkəs təklifini rədd edib

Dünya xəbərləri Materials 13 Mart 2025 15:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Moskva Ukrayna ilə müvəqqəti atəşkəs istəmir və münaqişənin uzunmüddətli nizamlanmasında maraqlıdır.

Trend xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bildirib.

“Biz hesab edirik ki, hədəfimiz – uzunmüddətli sülh nizamlanmasıdır, biz buna can atırıq, bizim ölkənin qanuni maraqlarının və bizim məlum narahatlıqlarımızın nəzərə alındığı, sülh yolu ilə nizamlanmaya can atırıq. Sülh fəaliyyətini təqlid edən hansısa addımlar, mənə elə gəlir ki, indiki vəziyyətdə heç kimə lazım deyil”, - deyə Uşakov “Rossiya 1” telekanalına verdiyi müsahibədə bildirib.

O bildirib ki, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltzla söhbəti zamanı bu məsələ üzrə Rusiyanın mövqeyini qarşı tərəfə çatdırıb.

Xəbər lenti

Xəbər lenti