...

Yoxsul ölkələrdə 100 milyona yaxın uşaq aclıqdan əziyyət çəkir - BMT

Dünya xəbərləri Materials 13 Mart 2025 20:17 (UTC +04:00)
Yoxsul ölkələrdə 100 milyona yaxın uşaq aclıqdan əziyyət çəkir - BMT
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bütün məktəbyaşlı uşaqların məktəb yeməklərinə çıxışının təmin edilməsi, sağlam və təhsilə hazır olması istiqamətində hökumətlərin səylərini dəstəkləyir.

Trend BMT-nin saytına istinadən xəbər verir ki, WFP-nin son hesabatında hər gün aşağı və aşağı-orta gəlirli ölkələrdə 100 milyondan çox uşağın aclıq çəkdiyi bildirilir.

“Milyonlarla uşaq məktəbə ac gedir. Aclıq onların konsentrasiyasına və öyrənmə qabiliyyətinə təsir edir. Milyonlarla azyaşlı, xüsusən də qızlar məktəbə getmir, çünki onlar tarlada və ya ev işlərini yerinə yetirməkdə ailələrinə kömək edirlər. Münaqişənin təsirinə məruz qalmış ölkələrdə uşaqların məktəbdən kənar qalması ehtimalı sabit ölkələrdəki yaşıdları ilə müqayisədə iki dəfə, qızlar üçün isə 2,5 dəfə çoxdur.”, -deyə hesabatda bildirilir.

WFP qeyd edir ki, məktəblərdə yemək proqramları bu problemlərin çoxunu həll etməyə kömək edə bilər. Onlar uşaqların təhsilini, sağlamlığını və qidalanmasını yaxşılaşdıran çoxsahəli amillərdir. Daha geniş mənada, onlar mühüm təhlükəsizlik şəbəkəsi təmin etməklə, qida sistemlərini və iqtisadiyyatları gücləndirir, habelə bütün cəmiyyəti dəstəkləyir.

Hesabatda vurğulanır: “BMT-nin Ümumdünya Ərzaq Proqramı davamlı milli məktəb yemək proqramları həyata keçirmək məqsədilə 100-dən çox ölkə ilə əməkdaşlıq edir, onların məktəb yeməkləri və sağlamlıq təşəbbüslərini dəstəkləmək üçün hökumətlərlə altı onillikdən çox əməkdaşlıq təcrübəsinə malikdir. Biz daha sonra 50-dən çox hökumətə milli məktəb yeməkləri proqramlarına tam sahiblik etməkdə kömək etmişik. Məktəbdə yemək proqramı xərclərinin 98 faizə qədəri milli hökumət büdcələri tərəfindən ödənilir”.

WFP bildirir ki, hazırda qlobal miqyasda 418 milyon uşaq məktəb yeməkləri ilə qidalanır. BMT cari ildə dərin böhranla üzləşən ölkələrdə 21 milyon azyaşlıya bu sahədə yardım edəcək.

Xəbər lenti

Xəbər lenti