...

Azərbaycanda qaz hasilatı və ixracı azalıb

İqtisadiyyat Materials 13 Mart 2025 14:56 (UTC +04:00)
Azərbaycanda qaz hasilatı və ixracı azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 8,1 milyard kubmetr təbii qaz hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 100 milyon kubmetr və ya 1,2% azdır.

Belə ki, 2024-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, iki ay ərzində respublikada 8,2 milyard kubmetr təbii qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 3,8 milyard kubmetr təşkil edib ki, bu da, illik müqayisədə 300 milyon kubmetr və ya 7,3% azdır. Ötən ilin ilk iki ayında xaricə qaz satışı 4,1 milyard kubmetr təşkil edib.

Hesabat dövründə qazın 1,9 milyard kubmetri Avropaya, 1,4 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP-la 0,9 milyard kubmetr), 0,5 milyard kubmetri Gürcüstana satılıb.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanda istehsal edilən qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 4,3 milyard kubmetri “Şahdəniz”in, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti