...

“Şahdəniz”dən hasil edilən qazın həcmi 200 milyon kubmetr azalıb

İqtisadiyyat Materials 13 Mart 2025 15:50 (UTC +04:00)
“Şahdəniz”dən hasil edilən qazın həcmi 200 milyon kubmetr azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında “Şahdəniz” yatağından 4,3 milyard kubmetr təbii qaz hasil edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 200 milyon kubmetr və ya 4,4 faiz azdır.

Belə ki, ötən ilin eyni dövründə “Şahdəniz” yatağından 4,5 milyard kubmetr təbii qaz hasil edilib.

2025-ci ilin yanvar-fevral aylarında ölkədə 8,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 2,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 0,3 milyard kubmetri “Abşeron” yatağının, 1,3 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti