Bakı. Trend:
ABŞ-nin Kolorado ştatında yerləşən Denver Beynəlxalq Aeroportunda, "American Airlines" aviaşirkətinə məxsus təyyarədə yanğın baş verib, sərnişinlər təxliyə edilib.
Trend "Mirror" nəşrinə istinadən xəbər verir ki, hadisə cümə axşamı axşam saatlarında baş verib.
Təyyarə C38 qapısında olduğu zaman tüstülənmə müşahidə edilib və yanğın başlayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin təyyarəni tələsik tərk etdiyi, bəzilərinin isə təyyarənin qanadına çıxdığı görünür. Şahidlərin bildirdiyinə görə, yanğının səbəbi reaktiv yanacağın alışması olub.
Aeroport rəhbərliyi yanğınsöndürənlərin operativ müdaxilə etdiyini və təxliyənin fövqəladə traplar vasitəsilə həyata keçirildiyini açıqlayıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.
