Bakı. Trend:
2025-ci ilin fevral ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 859 013 nəfər olub.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onlardan 457 367 nəfər aylıq sosial müavinət, 401 646 nəfər isə təqaüd alıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 151 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Onların 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib.
Ötən ilin yanvar-dekabr ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən təqribən 808,3 mln. manat və ya 10,08% çox olmaqla 8 mlrd. 835 mln. manatdan çox vəsait ödənilib.