...

İtaliya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir - Ceyhun Bayramov

Siyasət Materials 13 Mart 2025 17:39 (UTC +04:00)
İtaliya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir - Ceyhun Bayramov
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya və Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsində baş tutan “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” mövzusunda panel müzakirələrində deyib.

“İtaliya ölkəmizin ən iri ticarət tərəfdaşıdır. Bizim müxtəlif sahələrdə çoxillik münasibətlərimiz var və siyasi baxımdan da bizim əməkdaşlıq çox yaxşı səviyyədədir.

Biz mütəmadi olaraq yüksək səviyyəli dialoq aparırıq – bizim prezidentlər səviyyəsində dialoqumuz var.

Bu yaxınlarda, ötən ilin sentyabr ayında, Azərbaycan Prezidenti İlham Əliyevlə İtaliya baş naziri Corc Meloni arasında görüş keçirilib və biz zati aliləri baş naziri COP29-da böyük məmnuniyyətlə qarşılamışdıq”, - deyə o bildirib.

C.Bayramov, həmçinin, uzun illər ərzində Azərbaycanın neft və qaz tədarükü üzrə İtaliyanın etibarlı tərəfdaşı olduğunu diqqətə çatdırıb.

O, eyni zamanda, İtaliya-Azərbaycan İnstitutunun binasının açılışının gözlənildiyini xatırladıb.

Nazir qeyd edib ki, ölkələri sıx mədəni əlaqələr birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti