...

TDT ölkələrinin rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişinin təsdiqinə dair qanun layihəsi MM-ə daxil olub

İqtisadiyyat Materials 13 Mart 2025 16:01 (UTC +04:00)
TDT ölkələrinin rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişinin təsdiqinə dair qanun layihəsi MM-ə daxil olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisə “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi daxil olub.

Trend xəbər verir ki, qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Komitənin iclasında “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb və Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti