Bakı.Trend:
Çin mövcud ixtilaflara və Aİ-nin Çini sistem rəqibi kimi nəzərdən keçirməsinə baxmayaraq, əvvəlki kimi Avropa İttifaqı ilə strateji əməkdaşlığın möhkəmləndirilmək niyyətindədir.
Trend xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, Çinin 2019-2025-ci illərdə Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, 2009-2012-ci illərdə Çinin Almaniyadakı səfiri olmuş Vu Honqbo Bakıda keçirilən 12-ci Qlobal Bakı Forumu çərçivəsində baş tutan “Geosiyasi dəyişikliklər: tərəfdaşlıqda məsuliyyət rəqabətə qarşı” mövzusunda panel müzakirələrinin gedişində bildirib.
O Çinin ötən həftə Avropa İttifaqı ilə diplomatik münasibətlərinin 50 illiyini qeyd etdiyini diqqətə çatdırıb. Bu əməkdaşlıqda atılası növbəti addımları əks etdirmək və yenidən götür-qoy etmək üçün hər iki tərəf üçün yaxşı fürsətdir. Son zamanlar tərəflərin öz aralarında çətinliklərlə üzləşməsinə rəğmən Çin Avropa İttifaqı ilə uzunmüddətli və strateji tərəfdaşlıq prinsiplərinə sadiq qalmaqdadır.
“Biz Avropa İttifaqını vacib tərəfdaş saymağa davam edirik, hərçənd Avropa İttifaq bəzən Çinə sistem rəqibi gözüylə baxır və Çinlə bağlı riskləri azaltmağa çalışır”, -deyə U Hunbo bildirib.
O bildirib ki, Çin və Avropa İttifaqı təkcə öz ölkələri üçün deyil həm də bütün dünya üçün faydalı olacaq böyük nailiyyətlər əldə edə bilər.
“Bizim mövqeyimiz dəyişməyib. Biz “çin kartı” ilə oynamağın səmərəli və məntiqli olduğunu hesab etmirik”,-deyə o əlavə edib.