...

"Təmiz Enerji Mərkəzi"nin Bakıda rəsmi açılışı prosesləri sürətləndiriləcək

İqtisadiyyat Materials 13 Mart 2025 16:13 (UTC +04:00)
"Təmiz Enerji Mərkəzi"nin Bakıda rəsmi açılışı prosesləri sürətləndiriləcək
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Əsəd Məcid Xan ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə nazir “X” sosail şəbəkə hesabında paylaşım edib.

“Görüşdə təşkilat çərçivəsində enerji əməkdaşlığı, “ECO-UNIDO Təmiz Enerji Mərkəzi”nin fəaliyyəti və regional enerji layihələri ilə bağlı müzakirələr apardıq. “Təmiz Enerji Mərkəzi”nin Bakıda rəsmi açılışı üçün lazımi prosesləri sürətləndirməyi və birgə tədbirlərlə enerji tərəfdaşlığının inkişafına töhfə verməyi razılaşdırdıq”, - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti