Bakı. Trend:
PSJ-nin ulduz futbolçusu Usman Dembele karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, bu mövsüm yüksək performansı ilə diqqət çəkən fransalı vinger "Liverpul"un transfer hədəfinə düşüb.
Premyer Liqa klubu Dembeleni mövsümün sonunda müqaviləsi başa çatan Məhəmməd Salahın əvəzləyicisi kimi görür. "Liverpul" 27 yaşlı hücumçunun transferi üçün PSJ-yə 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Usman Dembele 2023-cü ilin avqustundan PSJ-də çıxış edir. Fransa millisinin üzvü bu mövsüm Paris klubunun heyətində 36 rəsmi matçda 29 qol vurub və 6 məhsuldar ötürmə edib.
