...

Donald Tramp KXDR ilə dialoqu bərpa etmək istədiyini bildirib

Dünya xəbərləri Materials 14 Mart 2025 04:22 (UTC +04:00)
Donald Tramp KXDR ilə dialoqu bərpa etmək istədiyini bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya ilə dialoqu yenidən qurmaq niyyətində olduğunu bəyan edib.

Trend xəbər verir ki, Tramp bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.

"Əgər mən seçilməsəydim, Hillari Klinton 2016-cı ildə ABŞ prezidenti olsaydı, siz Şimali Koreya ilə nüvə müharibəsi aparacaqdınız", – deyə Tramp vurğulayıb.

O, Şimali Koreya lideri Kim Çen In ilə Sinqapur və Vyetnamda keçirilən sammitlərdə şəxsi münasibətlər qurduqlarını əlavə edib. Trampın sözlərinə görə, bu münasibətlər ABŞ-KXDR münasibətlərində mühüm rol oynayıb.

Xəbər lenti

Xəbər lenti