...

Dünya son iki ildə gözlənilməz dəyişikliklər nəticəsində yaranan yeni reallıqla üz-üzədir - Çaba Kyoroşi

Siyasət Materials 13 Mart 2025 19:03 (UTC +04:00)
Dünya son iki ildə gözlənilməz dəyişikliklər nəticəsində yaranan yeni reallıqla üz-üzədir - Çaba Kyoroşi
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Dünya son iki ildə gözlənilməz dəyişikliklər nəticəsində yaranan yeni reallıqla üz-üzədir.

Trend xəbər verir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusunda keçirilən panel iclasında BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Kyoroşi deyib.

"Bu hadisələr qlobal proseslərə təsir edib və dünya ictimaiyyəti üçün yeni çağırışlar yaradır", - o vurğulayıb.

O, həmçinin qeyd edib ki, BMT paktında təklif olunan altı istiqamət mühüm ideya və prinsipləri ehtiva etsə də, daha konkret icra tələb edir. Bu sənədi gözəl ideyalar toplusu kimi qəbul etmək olar, lakin uğurlu həyata keçirmək üçün kimin nə etməli olduğunu aydın şəkildə başa düşmək lazımdır.

"Biz necə irəli getməyi və qlobal problemlərin həlli üçün hansı addımları atmağı aydın başa düşməliyik", - Kyoroşi yekunlaşdırıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti