Kanada ABŞ-nin polad və alüminium tariflərinə görə ÜTT-yə şikayət edib

Dünya xəbərləri Materials 13 Mart 2025 23:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada hökuməti ABŞ administrasiyasının polad və alüminium məhsullarına tətbiq etdiyi idxal rüsumları ilə bağlı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) rəsmi şikayət ünvanlayıb.

Trend xəbər verir ki, bu barədə ÜTT-nin rəsmi saytında məlumat yayımlanıb. Kanada təşkilatdan Vaşinqtonun Kanadadan idxal olunan müəyyən polad və alüminium məhsullarına gömrük tarifləri tətbiq etməsi ilə bağlı məsləhətləşmələr aparmağı xahiş edib.

Qeyd edək ki, martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan gətirilən demək olar ki, bütün polad və alüminium məhsullarına 25% idxal rüsumu tətbiq edib. Bundan əlavə, Çindən gələn bəzi mallara tariflər 10%-dən 20%-ə qaldırılıb.

Kanadanın bu addımı iki ölkə arasındakı ticarət münasibətlərində gərginliyin artdığını göstərir.

Xəbər lenti

Xəbər lenti