...

Çətin durumda olan son Azərbaycan vətəndaşının da ölkəyə qaytarılması ilə bağlı işlərimizi davam etdirəcəyik - Ceyhun Bayramov

Siyasət Materials 13 Mart 2025 16:02 (UTC +04:00)
Çətin durumda olan son Azərbaycan vətəndaşının da ölkəyə qaytarılması ilə bağlı işlərimizi davam etdirəcəyik - Ceyhun Bayramov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çətin durumda olan son Azərbaycan vətəndaşının da ölkəyə qaytarılması ilə bağlı işlərimizi davam etdirəcəyik.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Həm Suriyada, eyni zamanda, İraqda, digər münaqişə ərazilərində çətin vəziyyətə düşmüş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı qurumlararası daim fəaliyyət göstərən komissiya mövcuddur.

Oraya zamanında gedən insanlar var ki, onların ailə üzvləri hələ də həmin ərazilərdə qalır.

Orada Xarici İşlər Nazirliyi ilə yanaşı, 10-dan artıq dövlət qurumunun nümayəndələri iştirak edirlər. Digər həmkar, tərəfdaş dövlətlərlə birlikdə fəaliyyət göstərərək, həm Suriya ərazisində, həm də İraq ərazisində mütəmadi şəkildə bu işlər davam edir.

Bu müddət ərzində yüzlərlə qadın və uşaqların tapılması, onların ölkəmizə qaytarılması fəaliyyəti həyata keçirilib. Çətin durumda olan son Azərbaycan vətəndaşının da ölkəyə qaytarılması ilə bağlı işlərimizi davam etdirəcəyik", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti