...

Minsk Qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz - Hikmət Hacıyev

Siyasət Materials 13 Mart 2025 12:45 (UTC +04:00)
Minsk Qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz - Hikmət Hacıyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Minsk Qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz.

Trend xəbər verir ki, bunu bu gün Xll Qlobal Bakı Forumunun açılış mərasimində jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Ermənistanın Azərbaycana qarşı iddialarına baxdıqda, Ermənistan bu gün gördüyümüz kimi bəzi havadarlarının dəstəyi ilə artıq keçmişin aləti olan, keçmişdə qalan, hər hansı funksiyası olmayan Minsk Qrupunun hər bir vəchlə saxlanılmasına da cəhd göstərir. Minsk Qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz. Kimsə əgər Minsk Qrupunu dirçəltməyə çalışarsa, bunlar yalnız utopik fikirlər ola bilər", - o bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti