...

Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik - Tatyana Valovaya

Siyasət Materials 13 Mart 2025 12:28 (UTC +04:00)
Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik - Tatyana Valovaya
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik.

Trend xəbər verir ki, bu sözləri BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.

"Hazırda dünyada inanılmaz dəyişikliklər baş verir. 2030-cu ilə qədər bizim hədəflərimizin müəyyən hissəsi icra olunmamış qalır. Bu da milyonlarla dollar tələb edir. Mövcud böhranlardan çıxış variantı kimi BMT insanlara öz humanitar yardımını göstərir. Forum çərçivəsində dünya düzəninə təsir göstərən məsələlərin müzakirəsinə çağırıram. Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik", - deyə o bildirib.

T.Valovaya Bakı olmağından məmnunluğunu ifadə edib.

"Mən Prezident İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə, dəstəyə və Qlobal Bakı Forumunu təşkil etdiyinə görə təşəkkür edirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti