Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 230 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,9 milyon manat və ya 11,5% çoxdur.
Hesabat dövründə əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,5%-ə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9241,2 milyon manatlıq, o cümlədən 5066,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8%, qeyri-ərzaq malları üzrə 6,2% artıb.