...

Prezident İlham Əliyev Qlobal Bakı Forumunda erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışıb (VİDEO)

Siyasət Materials 13 Mart 2025 12:00 (UTC +04:00)
Prezident İlham Əliyev Qlobal Bakı Forumunda erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışıb (VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən danışıb.

Trend xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “...biz bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırırıq. İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir. Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz? Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-da o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti