...

Xətai və Sabunçu rayonlarında silah-sursat aşkarlandı

Gündəm Materials 13 Mart 2025 14:26 (UTC +04:00)
Xətai və Sabunçu rayonlarında silah-sursat aşkarlandı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Xətai və Sabunçu rayonlarında silah-sursat aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

"Polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində Sabunçu rayonu ərazisində 1 avtomat silahı və 21 patron tapılaraq götürülüb.

Xətai rayonu ərazisində isə 46 yaşlı kişi tapdığı 1 qumbara, 1 patron darağı və 240 ədəd müxtəlif çaplı patronu polisə təhvil verib.

Araşdırmalar aparılır", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti