...

Naxçıvanda sahibkarlara verilən icazələrin sayı 26 dəfə artıb

İqtisadiyyat Materials 13 Mart 2025 12:20 (UTC +04:00)
Naxçıvanda sahibkarlara verilən icazələrin sayı 26 dəfə artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin ilk iki ayı ərzində özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.

Muxtar respublikanın iqtisadiyyat nazirliyindən Trend-ə verilən məlumata görə, hesabat dövründə sahibkarlara 4 lisenziya verilib.

Bildirilib ki, muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 1304 icazə reyestrdə qeydiyyata alınıb.

Qeyd olunub ki, qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,1 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 4,6 dəfə artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti