Bakı. Trend:
Azərbaycanda keçirilən XII Qlobal Bakı forumunda iştiraka dəvət etdiklərinə görə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yüksək səviyyədə ev sahibliyi etdiyinə görə minnətdarlığımı bildirirəm.
Trend xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti xanım Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.
“Coğrafi məsafəyə baxmayaraq, dost ölkələrimizi dərin köklü əlaqələr birləşdirir. Bu iki ölkə çoxillik və bir çox dini birgəyaşayışın qədim tarixi olan sivilizasiyaların kəsişməsində yerləşir. Hər iki ölkə 1991-ci ildə müstəqilliyini bərpa edib və BMT çərçivəsində çoxtərəfliliyə və əməkdaşlığa sadiqdirlər”, - deyə Şimali Makedoniya Prezidenti söyləyib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.