...

Aİ daha inklüziv və ədalətli qlobal idarəçiliyi dəstəkləyir - Şarl Mişel

Siyasət Materials 13 Mart 2025 13:14 (UTC +04:00)
Aİ daha inklüziv və ədalətli qlobal idarəçiliyi dəstəkləyir - Şarl Mişel
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı daha əhatəli və ədalətli qlobal idarəetmə sisteminin yaradılması ideyasını tam dəstəkləyir.

Trend xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasda çıxışı zamanı Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib.

"Qarşılaşdığımız problemlərlə bağlı realist olmalıyıq. Son beş ildə dünyada böhranlar, gərginliklər, qlobal nizamda dəyişikliklər baş verib. Əvvəlcə bəzi Aİ ölkələri böhranın öhdəsindən təkbaşına gələ biləcəklərini düşünürdülər, lakin bunun nəticə verməyəcəyi tez bir zamanda aydın oldu", - o bildirib.

O, qaydalara əsaslanan sistemin saxlanmasının zəruri olduğunu, lakin mövcud nizamın müasir dünyanın reallıqlarını əks etdirmədiyini bildirib.

"Buna görə də biz daha inklüziv və ədalətli qlobal idarəetmənin yaradılması ideyasını tam dəstəkləyirik və Aİ bu prinsiplərin müdafiəsində ön sıralarda olmağa hazırdır", - o əlavə edib.

Şarl Mişel onu da vurğulayıb ki, Avropa İttifaqı üçün onun hərəkətlərinə diqqət bir növ fürsətdir.

"Siz sadəcə kənarda dayana bilməzsiniz. Çoxqütblü dünyanı dəstəkləyən çoxtərəfli sistemi gücləndirmək üçün qərarlar qəbul etməli və taleyimizin ağası olmalıyıq", - o bildirib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti